Skip Ribbon Commands
Skip to main content
Sign In

News Details

​​​​​​​​​

​​​​​​
Bütün Xəbərlər

> ətraflı

Şirkətimiz müştərilərə TRUNK radiorabitə xidmətini təqdim edir.

 

Keçmişdə, Rabitə sistemləri müəyyən bir istifadəçiyə məxsus kanallara uyğun təchiz edilirdi. Çox vaxt, iş zamanı bəzi kanallar həddindən artıq yükləndiyi halda, digər kanallar boş galırdı. Belə halda kanallar tam efektiv istifadə oluna bilinmirdilər. Kanallardan efektiv istifadə edilməsini təmin etmək üçün, ən optimal seçim TRUNK Rabitə Sistemi olmuşdur.

Bu sistem istifadə edilən kanallar bazasından mövcut boş, kanalları müəyyən edərək  istifadəçi grupların birinə çağırış zamanı istiqamətləndirir.  Çağırış bitəndən sonra, boşalan kanal istifadəçi bazasındaki bir başqa istifadəçi grupuna yönəldirilir. Beləliklə, bütün boş kanallar böyük sayda istifadəçi tərəfindən istifadə edilə bilər. Bu üsul, kanal başına düşən istifadəçi sayını böyük həcmdə artırması ilə bərabər, kanalların bloklanması ehtimalını da azaldır

Kanal istifadə xüsusiyyətinə əlavə olaraq, Trunk Rabitə Sistemi istifadəçilərin konvensional telsizlərdə olmayan bir çox özəl xüsusiyyətlər verir. Belə xüsusiyyətlərdən: Vəziyyəti barədə/Qısa Mesaj Göndərmə, müəyyən bir radiocihaza qadağa, Bütün Sistemə Çağırış, Çağırış Öncəliyi və s. Sistemdə boş kanal olduğunda kanal seçimi avtomatik edilir və operator müdaxiləsi olmadan çağırış yönləndirilir.

Trunk Rabitə Sistemlərində çoxsəviyyəli memarlıq strukturunu istifadə etmək mümkündür.Çoxsəviyyəli memarlıq strukturu, radio istifadəçisinə, geniş sahəni əhatə etmək imkanını verir. Tək və ya çox səviyyəli trunk sistemlərində səlahuyyətli və qeydə alınmış  istifadəçilər kontrol kanalları vasitəsilə məlumatgöndərib alabilərlər.

Malik olduğu özəl xüsusiyyətlərə əlavə olaraq, Trunk Rabitə Sistemi istifadəçilərinə təcili xidmət əldə etmə, asan istifadə, Şəxsi kodlarla gizlilik kimi xüsusiyyətlərdən istifadə etmək imkanını verilir.  Şəxsı Nömrə sistemi hər abunəçi  telsizə programlana bilinir. Bu Şəxsı Nömrələrə müxtəlif səlahiyyət dərəcələrini də vermək olar. Grupun hər hansı bir istifadəçisi  üstün səlahiyyət dərəcəsinə malikdirsə, o halda o,  bütün danışıqların trafikini kəsərək Vacib Dərəcəli çağırış edə bilər. ​