​​​​​​​​                               ​​Keyfiyət siyasətimiz

​​

​​Məqsədimiz, Şirkətin fəlsəfəsinə uyğun yeni və inkişaf etmiş texnologiyalardan istifadə edərək, Azərbaycan Respublikasının rabitə sisteminə müasir texnologiyaların və avadanlıqların tətbiq edilməsidir.

• Keyfiyyət, fəaliyyətimiz üçün əsas şərtdir.

• Keyfiyyət, məhsul və xidmətlərimizi istiqamətləndirir.

• Keyfiyyət, Şirkətimizin bütün sahələrində çalışan insanların işlərinin bir nəticəsidir.

• Şirkətimiz, işlərini icra edərkən ətraf mühitin və insanların sağlamlığının qorunmasına böyük əhəmiyyət verir.

• Şirkətimiz, fəaliyyəti müddətində Azərbaycan Respublikasının qanun və qaydalarına sadiq qaldığını və işini bu qanun və qaydalara uyğun olaraq, həyata keçirdiyini bəyan edir.

• Keyfiyyət şərtlərinə riayət etmək və davamlı inkişafı hədəf olaraq görmək, keyfiyyət siyasətimizin ayrılmaz bir hissəsidir.