Bu səhifədə qeyd olunan "İstifadə Şərtləri və Məxfilik Bildirişi" ilə Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin rəsmi internet saytının istifadəçilərə təqdim etdiyi məlumat və xidmətlərə dair müddəalar tənzimlənir. Sayta daxil olmaqla və saytdan istifadə etməklə aşağıda qeyd olunan müddəa və şərtlər istifadəçi tərəfindən əvvəlcədən qəbul olunmuş hesab edilir. Türkiyə Respublikası "Aselsan-Bakü" şirkətinin "İstifadə Şərtləri və Məxfilik Bildirişi"-ndə dəyişiklik etmək hüququnu özündə saxlayır.
1. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin rəsmi internet saytında yayımlanan və "Müəlliflik" və "Əqli və Sənaye Mülkiyyəti" hüquqları "Aselsan-Bakü" və ya üçüncü şəxs və təşkilatlara aid olan hər cür yazılı, təsviri, səsli, vizual, elektron materialların və marka, simvol və loqo kimi hər cür tanıdıcı nişanların bütün hüquqları saxlanılmaqla müvafiq qanunlarla qorunur. Yuxarıda qeyd olunan materiallara rəsmi internet saytında yer verilməsi onların istifadəsi ilə əlaqədar hər hansı bir səlahiyyətin, lisenziyanın və ya icazənin verilməsi kimi şərh edilə bilməz. “Aselsan-Bakü”-nın yazılı icazəsi olmadan bu materialların üzü köçürülə bilməz, yenidən hazırlana bilməz, surətləri çıxarıla bilməz və hər hansı bir şəkildə istifadə oluna bilməz. Bu saytda olan bütün kontentlərə münasibətdə "Əqli və Sənaye Mülkiyyəti Hüquqları"-nın pozulması formasındakı hər cür istifadə nəticəsində yaranan hüquqi məsuliyyət belə hala yol verən istifadəçiyə aid olacaq.
2. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin rəsmi internet saytında olan hər cür kontent yalnız tanıtmaq və məlumat vermək məqsədinə xidmət edir. İstifadəçi məlumatları əsas götürüb iş görmək istədikdə, son və etibarlı məlumatı "Aselsan-Bakü"-dan almaq öhdəliyinin olduğunu qəbul edir. İnternet saytında yayımlanan məlumatların düzgünlüyü və aktuallığı haqqında heç bir təminat verilmir və öhdəlik götürülmür. Həmin internet saytındakı məlumatlarda qeyri-dəqiqliklər, səhvlər və məlumatların yenilənməsindəsəhvlər ola bilər. İstifadəçi bu məlumatlara əsaslanaraq görəcəyi işlərlə bağlı maddi və mənəvi zərər də daxil olmaqla "Aselsan-Bakü"-nın heç bir məsuliyyət daşımadığını qəbul edir.
3. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkəti qərar vermək səlahiyyəti özündə olmaqla, saytın məzmununu, istifadəçilərə təqdim olunan hər hansı bir xidməti istədiyi vaxt dəyişdirmək və ya dayandırmaq, eləcə də "Aselsan-Bakü" internet saytında qeyd olunan istifadəçiyə aid məlumat və göstəriciləri sistemlərindən silmək hüququnu özündə saxlayır.
4. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin internet saytından faydalanmaq üçün istifadə edilən müəyyən şifrə olarsa, şifrənin gizli saxlanılması və üçüncü şəxslər tərəfindən öyrənilməsindən qorunması bütünlüklə istifadəçinin məsuliyyətinə daxildir.Üçüncü şəxslərin şifrədən istifadəsinə icazə verildiyi təqdirdə, həmin şəxslərin istifadəçiyə aid məlumatlardan istifadə etməsi ilə əlaqədar bütün məsuliyyət istifadəçiyə aid olacaq.
5. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin rəsmi internet saytının virus və oxşar təyinatlı proqramlardan təmizlənmiş olması üçün mövcud imkanlar daxilində müvafiq tədbirlərin görülməsi ilə yanaşı, istifadəçi tam təhlükəsizliyin təmin olunması məqsədilə özünü viruslardan qorunma sistemi ilə təchiz etməli və lazımi qorunmanı təmin etməlidir. Bu çərçivədə, istifadəçi "Aselsan-Bakü" şirkətinin internet saytına daxil olması ilə öz proqram və əməliyyat sistemlərində baş verə biləcək bütün səhvlərə və bunların birbaşa və ya dolaylı nəticələrinə görə özünün cavabdeh olduğunu qəbul edir.
6. Rəsmi orqanlardan istifadəçi ilə bağlı cinayət tərkibli məktub və ya rəsmi istintaq sorğusunun daxil olması və/və ya istifadəçinin "Aselsan-Bakü" şirkətinin sistemlərinin fəaliyyətinə mane olacaq və ya fəaliyyətini dəyişdirəcək hər hansı bir elektron təxribat və ya hücum etdiyi müəyyənləşərsə, "Aselsan-Bakü" şirkəti istifadəçinin kimlik məlumatlarını araşdırmaq və hüquqi instansiyalara hesabat vermək hüququnu özündə saxlayır.
7. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin rəsmi internet saytı digər internet saytlarına bağlantı verdikdə, "İstifadə Şərtləri və Məxfilik Bildirişi"-ndə qeyd olunan öhdəliklər sadəcə "Aselsan-Bakü" şirkətinin internet saytı daxilində qüvvədə olur və digər internet saytlarını əhatə etmir. “Aselsan-Bakü” şikətinin internet saytının link ilə istiqamətləndirilən internet saytlarındakı istifadə ilə bağlı, həmin saytlara aid məxfilik və istifadə hüquqları qüvvədədir. “Aselsan-Bakü” şirkətinin internet saytında reklam, banner, kontent məqsədilə və ya hər hansı başqa məqsədlə verilən digər internet saytlarının məlumatından istifadə, etik prinsiplər, məxfilik prinsipləri, keyfiyyət və xidmətin keyfiyyəti, eləcə də bu saytlarda ola biləcək hər hansı bir maddi/ mənəvi ziyan və itkilərə görə “Aselsan-Bakü” şirkəti məsuliyyət daşımır.
8. Ümumiyyətlə, istifadəçi kim olduğunu göstərmədən və ya şəxsi məlumatlarını vermədən "Aselsan-Bakü" şirkətinin internet saytına daxil ola bilər. İnternet saytına daxil olmaq üçün telekommunikasiya xidmətlərindən istifadə ilə əlaqədar istifadəçinin əlaqə məlumatları (məsələn, internet protokolu ünvanı) və ya məlumatların istifadəsi (məsələn, hər daxilolmanın əvvəli, başa çatması və əhatə dairəsi ilə yanaşı daxil olunan telekommunikasiya xidmətləri barədə məlumatlar) texniki cəhətdən hazırlanır və məqbul şəkildə istifadəçinin şəxsi məlumatları ilə əlaqələndirilə bilər. Mütləq məcburiyyət olduqda, əlaqə məlumatları və istifadə məlumatları toplanacaq, işlənəcək və istifadə ediləcək və fərdi məlumatların qorunmasına dair qanun çərçivəsində tənzimlənəcək.
9. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin rəsmi internet saytına giriş təmin edilərkən fərdi olmayan məlumatlar (məsələn, istifadə olunan internet brauzeri və kommunikasiya sisteminin növü, ziyarətlərin sayı, saytda sərf olunan orta vaxt müddəti, baxılan səhifələr) avtomatik olaraq hesablana bilir. "Aselsan-Bakü" şirkəti internet saytının fəaliyyət göstəricilərini və ya məzmununu yaxşılaşdırmaq üçün bu məlumatları istifadə edə və paylaşa bilər.
10. Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkətinin internet saytı "İstifadə Şərtləri və Məxfilik Bildirişi"-nin hər hansı bir maddəsini bildiriş vermədən dəyişdirmək, yeniləmək və ya ləğv etmək hüququna malikdir. Dəyişdirilmiş, yenilənmiş və ya ləğv edilmiş istənilən müddəa dərc edildiyi andan etibarən bütün istifadəçilər üçün qanuni qüvvəyə malik olacaq.
11. İstifadəçilər və Türkiyə Respublikasının "Aselsan-Bakü" şirkəti arasında yarana biləcək mübahisələrin həllində Türkiyə Rüspublikasının qanunlarına əsasən Ankara məhkəmələri və məhkəmə qərarlarının icrası idarələri və Azərbaycan Respublikasının Bakı şəhərindəki məhkəmələri və məhkəmə qərarlarının icrası idarələri səlahiyyətli hesab olunacaq.