Loading...

ASELSAN-BAKÜ Kimdir?

ASELSAN-BAKÜ KİMDİR?

“Aselsan-Bakü” şirkəti 11 fevral 1998-ci il tarixindən,Türkiyə Respublikasının qabaqcıl şirkətlərindən biri olan  ASELSAN A.Ş.-nin, 100%-lik sərmayəsi ilə, Azərbaycan Respublikasında  fəaliyyət göstərir.  Əsas fəaliyyəti, rabitə  və kommunikasiya bazarında  ASELSAN A.Ş.-ni, təmsil etmək, təsisçinin sahib olduğu yeni texnoloji kommunikasiya sistemlərinin marketinqi/satışı və satışdan sonrakı servis xidmətlərini təmin etməkdir.

“Aselsan-Bakü” şirkəti 2001-ci ildən başlayaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən Lisenziya əsasında Bakı-Abşeron, Sumqayıt-Siyəzən  və Sənqəçal-Qaradağ bölgələrində “ASELSAN-TRUNK”  rabitə sisteminin vasitəsilə təşkilat və şirkətlərə geniş ərazidə operativ  radiorabitə xidməti göstərir.  Eyni zamanda, klassik lokal radiorabitə sisteminin yaradılması və eləcə  də telsizlərin satışı istiqamətində fəaliyyət göstərir.