Loading...

ASELSAN Kimdir?

 ASELSAN KİMDİR?

Bilikləri gücə və inama çevirən təşkilat

1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin milli imkanlarla rabitə ehtiyaclarını qarşılamaq üçün qurulmuş ASELSAN; Türkiyə Silahlı Qüvvələri Vəqfinə (TSKGV) bağlı bir anonim şirkətdir. ASELSAN hissələrinin 74,20%-i TSKGV-yə məxsusdur, 25,80%-lik hissəsi isə Borsa İstanbulda (BİST) satışdadır.

Türkiyənin ən böyük müdafiə elektronika təminatçısı olan ASELSAN; başda xüsusilə Türkiyə Silahlı Qüvvələri olmaqla ölkə daxili və ölkə xarici ehtiyac orqanlarının, rabitə və informasiya texnologiyaları, radar və elektron müharibə, elektro-optika, avionika, pilotsuz sistemlər, quru, dəniz və silah sistemləri, hava hücumundan müdafiə və raket sistemləri, komandanlıq idarəetmə sistemləri, nəqliyyat, təhlükəsizlik, hərəkət, avtomatika və sağlamlıq texnologiyalarının ehtiyaclarını ödəyə biləcək çox geniş çeşidli məhsullara malikdir. 

Orijinal məhsullar ixrac edən,bu gün dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısında olan (Defense News Top 100) ASELSAN yerli təşkilatlarla tərəfdaşlıq əlaqələri quraraq beynəlxalq bazarlarda tərəfdaşlıq quran, investisiya yatıran bir markaya çevrilmişdir.

ASELSAN "Qlobal bazarda yaratdığı dəyərlər ilə davamlı böyüməsini qoruyan, rəqabət gücünə əsasən seçilən, strateji tərəfdaş kimi etibar edilən və ətraf mühitə və insanlara həssas olan milli bir texnologiya şirkəti olmaq"  vizyonunu hədəfi olaraq qəbul etmişdir.

Bu uğurun əsas amillərindən biri 7000-dən çox işçisi olan ixtisaslı mühəndis heyəti ilə ASELSAN illik dövriyyəsinin orta hesabla 7% -ni öz kapitalını maliyyələşdirərək tədqiqat və inkişafla bağlı işlərinə ayırır.