TRUNK Telsiz Rabitəsinin klassik telsiz rabitəsindən əsas fərqi və üstünlüyü, az sayda tezlik nominalları ilə çox sayda rabitə əlaqəsi qrupları (kanalları) yaradaraq, eyni struktur daxilində bir-birinə mane olmadan çox sayda istifadəçinin eyni vaxtda öz qrupları daxilində əlaqə saxlamasını təmin edə bilməsidir.
Təklif edilən xidmətdə, sistem alt quruluşu və tezliklər şirkətimiz tərəfindən təmin olunur, istifadəçilər sistem alt quruluşu və kanal saylarına görə aylıq xidmət haqqı ödəyir.
Sistemdə istifadə ediləcək telsizlər müştərilər tərəfindən satın alınaraq, Xidmət Müqaviləsi əsasındasistem bazasına daxil edilir. Qısa müddətli TRUNK Telsiz Rabitəsi Xidmətinə ehtiyac yarandıqda isə şirkətimiz istifadə olunacaq telsizləri maliyyə baxımından daha əlverişli olan, İcarə şərtləri ilə müştəriyə təqdim edir.
Hal-hazırda, TRUNK rabitə sisteminin çox kanallı mərkəz baza stansiyası vasitəsilə Bakı-Abşeron bölgəsində müxtəlif müəssisə və strukturlar üçün, operativ radiorabitə əlaqəsi təmin edilir. Hər bir müəssisə və ya struktur üçün istəklərinə görə 1-dən 10-a qədər sayda müstəqil qruplar yaradıla bilir və istifadəçilərin tələbinə görə radiocihazlara müxtəlif servis xidmətləri proqramlamaq mümkündür: hər hansı bir qrupa çıxış imkanı, standart, fərdi çağırış imkanı, kanal tarama (scan) imkanı və başqa xüsusiyyətlər.
Bundan , başqa müştərinin tələbinə uyğun olaraq və xüsusi Müqavilə ilə, Azərbaycanın istənilən bölgəsində Trunk Rabitə Sistemi quraşdırıla və müştəriyə xidmət təqdim edilə bilər.